Modern.az

ÜST koronavirusun müalicəsi üçün iki yeni dərman tövsiyə etdi

ÜST koronavirusun müalicəsi üçün iki yeni dərman tövsiyə etdi

Aktual

14 Yanvar 2022, 13:34

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 xəstələrinin müalicəsi üçün iki yeni preparatı tövsiyə ediblər.

 

Modern.az-ın məlumatına görə, bu barədə ÜST-ün bəyanatında bildirilir.

 

"Eli Lilly and Company" şirkətinin istehsalı olan barisitinib və "GlaxoSmithKline Xevudy"nin məhsulu olan sotrovimab ÜST ekspertləri tərəfindən səmərəli hesab olunub.

 

Revmatoid artrit üçün də istifadə olunan barisitinib preparatının kortikosteroidlərlə birgə xəstəliyin ağır formalarında qəbul olunması tövsiyə olunur.

 

Sotrovimab preparatının isə xəstəliyin yüngül keçən formalarında qəbulu məsləhət görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi