Modern.az

"Nike" Rusiya bazarını tərk edir

Aktual

23 İyun 2022, 15:38

ABŞ-ın "Nike" geyim və ayaqqabı istehsalı şirkəti Rusiya bazarını tam şəkildə tərk etmək qərarı verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi yazır.

 

Qeyd olunur ki, "Nike" may ayında Rusiyadakı mövcud tərəfdaşlarla müqavilələrin uzadılmayacağı və yeni müqavilələrin imzalanmayacağı qərarını vermişdi.

 

Şirkət mart ayında Rusiyadakı müştərilərə məhsulların çatdırılmasına təminat verə bilməyəcəklərini elan etmişdi. Məlumatda qeyd olunurdu ki, "Nike" saytı və mobil tətbiq bölgədə müvəqqəti olaraq sifarişləri dayandırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq