Modern.az

Yoluxanların bu günə olan sayı - 5 nəfər ÖLDÜ

Yoluxanların bu günə olan sayı - 5 nəfər ÖLDÜ

Aktual

6 Avqust 2022, 18:22

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

 

İndiyədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9760 nəfər vəfat edib, aktiv xəstə sayı 3098 nəfərdir.

 

Son sutka ərzində 3750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok