Modern.az

Bayden Ukraynaya yeni hərbi yardım ayırdı

Bayden Ukraynaya yeni hərbi yardım ayırdı

5 Oktyabr 2022, 00:08

ABŞ Ukraynaya HIMARS reaktiv yaylım atəş sistemlərinin daxil olduğu yeni hərbi yardım paketi verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib.

 

625 milyon dollarlıq silah paketinə artilleriya sistemləri və döyüş sursatları, zirehli maşınlar və nəqliyyat vasitələri daxildir.

 

Qeyd edək ki, Ağ Evin sentyabrın 28-də Ukraynaya təqdim etdiyi 1,1 milyard dollarlıq hərbi yardım paketinə əsasən ABŞ bu ölkəyə 18 HIMARS verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi