Modern.az

Fransa Danimarkaya qalib gəldi - YENİLƏNİB

Fransa Danimarkaya qalib gəldi - YENİLƏNİB

Aktual

26 Noyabr 2022, 21:54

Fransa-Danimarka görüşü başa çatıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Fransa millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Belə ki, Fransa millisinin üzvü Mbappe 61-ci dəqiqədə adını qol siyahısına yazdırıb. Cəmi 7 dəqiqə sonra Danimarka komandası hesabı bərabərləşdirib.

 

Gərgin keçən matçın 87-ci dəqiqəsində Mbappe özünün və komandasının ikinci qolunu vurub.

 

Fransa - Danimarka - 2:1 (İkinci hissə)

 

Qollar: Mbappe, 61 (1:0), Kristensen, 68 (1:1), Mbappe, 86 (2:1)

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Stadium 974"

 

***

 

Dünya çempionatının D qrupunun ilk turunda Fransa - Danimarka matçı başlayıb.

 

Modern.az xəbər verir ki, polşalı hakim Şimon Marçinyakın idarə etdiyi oyun saat 20:00-da start götürüb. 

 

Komandalar meydana aşağıdakı heyətlə çıxıblar:

 

Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

 

Danimarka: Kasper Şmeyxel, Yoaxim Andersen, Viktor Nelson, Yoakim Mehle, Andreas Kristensen, Yesper Lindström, Kristian Eriksen, Mikkel Damsqor, Andreas Kornelius, Rasmus Kristensen, Pye-Emil Hoybyerq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok