Modern.az

Rusiya və Türkiyə “Taxıl sazişi”nin icrasını müzakirə etdi

Rusiya və Türkiyə “Taxıl sazişi”nin icrasını müzakirə etdi

10 Dekabr 2022, 12:19

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və türkiyəli həmkarı Sedat Önal İstanbulda danışıqlar zamanı Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara maneəsiz çıxması məsələsini müzakirə ediblər.

Modern.az xəbər verir ki, bu barədə "Ria Novosti"yə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
 

"2022-ci il dekabrın 8-9-da İstanbulda Türkiyə ilə Rusiya Federasiyası arasında - xarici işlər nazirinin müavini, səfir Sedat Enal və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşininin başçılıq etdiyi nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı əlavə olaraq ikitərəfli münasibətlərə, BMT-də islahatlar, İstanbul “Taxıl sazişi”nin icrası, Ukrayna, Suriyadakı vəziyyət və BMT-nin transsərhəd humanitar yardım mexanizmi, Liviya, Yaxın Şərq və Şərqi Aralıq dənizi məsələləri müzakirə edilib”.


Qeyd edilib ki, İstanbul “Taxıl sazişi”nin icrasına uyğun olaraq, bu günə kimi Qara dəniz vasitəsilə 13 milyon tondan çox taxılın dünya bazarlarına göndərilməsi mümkün olub, bura həm də Rusiyadan ixrac olunan taxıl və gübrə də daxildir.
 

Bu il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
 

Müqavilənin müddəti noyabrın 18-də başa çatmışdı, lakin tərəflərdən heç birinin etirazı olmadan avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulurdu. Rusiya Xarici İşlər Nazirliyi “belə etirazların alınmadığını” bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün “Qara dəniz təşəbbüsü”nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı