Modern.az

Saakaşvilinin səhhəti barədə son açıqlama - Həkim vəkili təkzib etdi

Saakaşvilinin səhhəti barədə son açıqlama - Həkim vəkili təkzib etdi

25 Yanvar 2023, 16:18

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həqiqətən də koronavirusa yoluxub, lakin vəziyyəti ağır deyil.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Vivamed” klinikasının direktoru Zurab Çxaidze bildirib.

“Xəstə müayinə olunub, müalicə planı tərtib edilib və hesab edilib ki, onun parametrləri kritik şöbəyə köçürülməyə uyğun gəlmir”, - Çxaidze bildirib.
 

Onun sözlərinə görə, Saakaşvilidə koronavirusun yüngül simptomları var və epidemioloji xidmət infeksiyanın mənbəyini tapmaq üçün fəal işləyir.
 

Çxaidze vəkil Şalva Xaçapuridzenin keçmiş prezidentin ötən gün huşunu itirməsi ilə bağlı dediklərini də təkzib edib. Onun sözlərinə görə, vəkil gün ərzində klinikada olmayıb.


Xaçapuridze bir qədər əvvəl Saakaşvilinin koronavirusa yoluxduğunu açıqlamış və siyasətçinin təcili reanimasiya şöbəsinə köçürülməsini tələb etmişdi.


Saakaşvili səhhətindəki problemlərə görə 2022-ci ilin may ayından özəl klinikadadır və hələ də sağalmayıb.


Çxaidze keçmiş prezidenti təxribatçı münasibətdə günahlandıraraq qeyd edib ki, siyasətçi həkimlərin göstərişlərinə əməl etmir, tez-tez yeməkdən imtina edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir