Modern.az

Çavuşoğlu Bayramova zəng etdi - başsağlığı verdi

Çavuşoğlu Bayramova zəng etdi - başsağlığı verdi

Aktual

27 Yanvar 2023, 11:14

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. O, səfirliyə hücumu pisləyib.

 

"Biz daim Azərbaycanın yanındayıq", - deyə türkiyəli nazir qeyd edib.

 

Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Bu xəbər ilə bağlı
XİN səfirliyə hücumla bağlı məlumat YAYDI
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!