Modern.az

Bolqarıstan Prezidenti səfirliyimizə hücumdan YAZDI

Bolqarıstan Prezidenti səfirliyimizə hücumdan YAZDI

28 Yanvar 2023, 17:18

“Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücumu pisləyir”.

 

Modern.az xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev tviter hesabında yazıb.

 

O bildirib ki, belə hücumlar qəbuledilməzdir. Bolqarıstan dövlət başçısı, həmçinin Azərbaycan xalqına başsağlığı verib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər