Modern.az

Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verildi

Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verildi

24 Mart 2023, 13:10

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına start verilib.

 

Modern.az xəbər verir ki, çempionatın ilk günündə 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar halqa, top, gürzlər və lentlə təsnifat mərhələsində çıxış edəcəklər. Həmçinin gənc gimnastlardan ibarət qrup hərəkəti komandaları 5 ip və 5 topla çıxışlarını nümayiş etdirəcəklər.

 

Yarışda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” idman klubu, Zirə və Sumqayıt üzrə ümumilikdə 53 gimnast gücünü sınayacaq.

 

Fərdi gimnastlar arasında qaliblər ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip, 5 halqa, 5 top (gənclər) və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.

 

Çempionata martın 25-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti