Modern.az

Hərbi vəzifələrin növbəti təlimi BAŞLAYIR 

Hərbi vəzifələrin növbəti təlimi BAŞLAYIR 

5 İyun 2023, 19:57

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, plana uyğun olaraq, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

 

Hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış film nümayiş etdirilib.

 

Mütəmadi olaraq keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?