Modern.az

Bayram günlərində Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi

Bayram günlərində Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi

13 İyun 2024, 17:12

"Azərbaycan Dəmir Yolları" QSC Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 12 əlavə qatar reysi təyin edib.

Bu barədə Modern.az-a qurumdan bildirilib.

Məlumata görə, qatarlar 14, 15, 17, 18 və 19 iyun tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir istiqamətdə – Bakıdan Ağstafaya yola düşəcək.

Eyni zamanda, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu üzrə müasir və komfortlu yeni “Stadler” qatarları sərnişinlərin istifadəsinə veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?