Modern.az

Gürcüstanda leysan ciddi problemlər yaratdı... 

Gürcüstanda leysan ciddi problemlər yaratdı... 

Aktual

18 İyun 2024, 16:21

İyunun 17-də Gürcüstan ərazisində yağan güclü leysan yağışları və dolu regionlarda bir sıra ciddi problemlər yaradıb.

 

Modern.az xəbər verir ki, Kvemo Kartli və Laqodexi bölgələrində kənd təsərrüfatı və üzümçülük sahələrinə ciddi ziyan dəyib. Kvemo Svaneti bölgəsində torpaq sürüşməsi baş verib.

 

Sürüşmə daha çox Tsaqeri-Lentexi bölgəsində 5 ərazi vahidində qeydə alınıb. Nəticədə bölgədə bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Ərazidə yolların təmizlənməsi həyata keçirilir.

 

Elektrik və qaz xətlərinin sıradan çıxması səbəbindən bir neçə kəndə elektrik enerjisi və təbii qazın verilməsi dayandırılıb.

 

Hidrometeorologiya xidməti isə havanın yenidən pisləşəcəyi barədə məlumat yayıb.

 

Güclü yağıntılar Şərqi Gürcüstanda kiçik çaylarında daşmasına, dağlıq ərazilərdə torpaq sürüşməsinin aktivləşməsinə səbəb ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı