Modern.az

Azad edilən rayonlarda tullantı poliqonları yaradıldı

Azad edilən rayonlarda tullantı poliqonları yaradıldı

Aktual

19 İyul 2024, 14:54

Antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması istiqamətində tədbirlər davam etdirilib. Xocavənd rayonu ərazisində 10 , Xocalı rayonunda 20, Ağdərə rayonunda isə sahəsi 10 hektar olan poliqon əraziləri yaradılıb.

Modern.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən növbəti iclasında deyib.

S.Zeyniyev bildirib ki, məişət tullantılarının toplanması üçün Xankəndi şəhərində 64, Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində 23, Xocalı şəhərində 12 konteyner yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu