Modern.az

Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə artıb

Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə artıb

22 İyul 2024, 21:16

Misirlə Azərbaycan arasında güclü diplomatik münasibətlər mövcuddur. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünü qeyd edirik. Bu dövr ərzində əlaqələrimizin möhkəmləndirilməsinə imkan verən 49 ikitərəfli sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrdə artım tendensiyaları müşahidə olunur. Ticarət dövriyyəmiz 2024-cü ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan və Misir arasında Hökumətlərarası Müştərək Komissiyanın növbəti iclasını bu ilin sonuna kimi Misirdə keçirməyi planlaşdırırıq. Ölkəmiz arasında nəqliyyat və logistika üzrə böyük potensial var.

 

Modern.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin milli bayramı - İyul İnqilabının 72-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

 

Nazir bildirib ki, Misirdən Mərkəzi Asiya ölkələrinə, Çinə, eləcə də əks istiqamətdə yüklərin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daşınması imkanı genişdir və bu istiqamətdə müzakirələr aparılır.

 

Son iki il ərzində Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə, ölkəmizdən Misirə səfər edənlərin sayı isə üç dəfəyə yaxın artıb

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə: Ordumuzun hərbçisi həlak oldu