Modern.az

16 yaşına çatmayanlarla nişanlanan şəxsləri bu cəza gözləyir

16 yaşına çatmayanlarla nişanlanan şəxsləri bu cəza gözləyir

Aktual

23 İyul 2024, 16:58

Prezident İlham Əliyevin imzaladığı Fərmanla Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təsdiqlənib.

Modern.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək və həbs olunacaq.

Dəyişikliyə əsasən, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1 000 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi 5 ildən çox olduqda yaranır.

Qanuna dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri