Modern.az

Eldar Quliyev Bilgəh, Maştağa və Zabrat sakinləri ilə görüşdü - FOTO

Eldar Quliyev Bilgəh, Maştağa və Zabrat sakinləri ilə görüşdü - FOTO

Aktual

12 Avqust 2024, 14:40

VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Eldar Quliyev 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüş keçirib. 
 
Modern.az xəbər verir ki, seçkilərin təbliğat kampaniyası çərçivəsində baş tutan görüş Maştağada qəsəbəsinin Mədəniyyət evində keçirilib. 
 
​Görüşdə deputatlığa namizəd Eldar Quliyev geniş çıxış edərək seçki platformasını açıqlayıb. Bildirib ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, ictimai-siyasi sabitlik təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilib. Bütün bu mühüm istiqamətlərin reallığa çevrilməsi ölkə rəhbərliyinin müdrik siyasətinin məntiqi nəticəsi olduğu namizəd tərəfindən qeyd olunub. 
​Eldar Quliyev nitqində həmçinin bildirib ki, əvvəlki çağırışlarda olduğu kimi bu çağırışda da seçildiyi təqdirdə Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinlərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcəyini, onların sözünü Milli Məclisin tribunasından səsləndirəcəyini deyib. 
 
​Daha sonra Eldar Quliyev seçicilərinin təklif və problemlərini dinləyib. Hətta əksər seçicilər problemlərinin vaxtında həll edildiyini dilə gətirərək, ona təşəkkür ediblər və 1 sentyabr 2024-cü il tarixində keçiriləcək seçkilərdə Eldar Quliyevə yenidən səs verəcəklərini bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ