Arxiv
17 Avqust 2015, 10:13 | MÜSAHİBƏ
“Dediklərim Allaha xoş getmirsə, qoy vurub məni öldürsün” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “Allahşükür Paşazadə ləyaqətli kişidir, amma ətrafında şeytan dəstəsi var”

“Xamneyi ilə görüşdüyümü ilk dəfə sizə deyirəm”

Modern.az saytında “Siyasətçi və din” rubrikasının budəfəki qonağı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

- Dindarsınız?

- Xeyr. Nə namaz qılıram, nə də oruc tuturam. Ümumiyyətlə, dini ayinlərin heç birini yerinə yetirmirəm. Amma dinimizə hörmətlə yanaşıram.

- Ümumiyətlə, nə zamansa namaz qılmısınız?

- Heç bir vaxt namaz qılmamışam, oruc da tutmamışam. Dini adət-ənənələrimizə isə çox sayğı ilə yanaşan bir insanam. Öz dədə-baba dinimizi unuda bilmərik. Dinini unudan Allahı da yaddan çıxarar.

- Valideynləriniz necə, dindar olmayıb ki?

- Rəhmətlik atam ömür boyu müəllim işləyib, məktəbdə direktor olub. Anam isə evdar qadın olub. Heç biri dindar olmayıb.

- Bəs övladlarınız?..

- Üç övladım var. Oğlum namaz qılır, dini ayinlərə çox yüksək səviyyədə riayət edir. Bir qızım da həmçinin onun kimidir. O biri qızım isə dindar deyil.

- Çox vaxt deyirlər ki, din siyasətdən ayrıdır. Amma bəzi proseslər göstərir ki, dolayı yolla da olsa, siyasətlə din vəhdət təşkil edir. Din və siyasət eyni olmalıdırmı?

- Din və siyasət ayrı-ayrı anlayışlardır. Lakin bəzən onların vəhdətini də yaradırlar. Siyasətçi üçün dinin, dini ənənələrin təbliğinin özü də böyük bir işdir. Biz öz dini adətlərimizi unutsaq, Azərbaycançılığı, müsəlmanlığı unuda bilərik.

Elə ölkələr var ki, orada dindən istifadə edib dövləti dağıtmaq istəyən qüvvələr fəaliyyət göstərir. Bu, çox qorxulu bir tendensiyadır. Azərbaycanın özündə də bəzi dindarlar tamamilə fərqli, siyasi ambisiyalarla çıxış edirlər. Biz buna boyun əyməməliyik. İşimizi-gücümüzü buraxıb səhərdən axşama kimi dindarların müdafiəsinə qalxmamalıyıq.

Hazırda dini pərdə altında çox xoşagəlməz hallar baş verir. Mən bu iyrənclikləri görürəm və açıq şəkildə deyirəm. Həqiqəti demək lazımdır.

Mən görürəm ki, ölkədə dini pərdə altında nə qədər əxlaqsızlıqlar, qələtlər edirlər. Azərbaycanda əxlaqsız yuvaların bir çoxuna dindarlar rəhbərlik edir. Onların içərisində tanınan dindarlar, ilahiyyatçılar da var. Sözü deyirəm, hərə öz payını götürəcək. Bəzi dindarlarımız çirkli yollarla qazandığı pullarla bir neçə villaya, var-dövlətə sahibdirlər. Bu var dövləti haradan ediblər? Allah onlara bəxş etməyib ki! Bizim kütlə də dini fanatizmə meyllidir. Din pərdəsi altında siyasi dələduzluq etmək olmaz.

- Əqidə baxımından şiəliyə yaxınsınız,  yoxsa sünniliyə?

- Heç birinə. Heç zaman şiə-sünni söhbətinə inanmamışam. Müasir dünyada yaşayırıqsa, ümumiyyətlə hər şeyi dinə bağlamağın əleyhinəyəm. Bu gün çoxlu sayda yalançı, saxta dinçilər, mollalar var. Onlar dini həddindən artıq şişirdirlər. Heç ömründə “Quran” oxumayan elələri var ki, onlar yaslarda mollalıq edirlər.

Biz SSRİ zamanında böyümüş insanlarıq. O vaxtlar dinə qarşı mübarizə aparılırdı və ali məktəblərdə elmi ateizm tədris olunurdu.

İndi isə müstəqil dövlətdəyik deyə hər kəs öz dini əqidəsini raha şəkildə açıqlaya bilir. Ancaq bəzən kimlərsə şiə-sünni məsələsini ortaya atmaqla dini nifaq salmaq istəyirlər.

- Belə demək olarmı ki, elmi ateizmin təsirinə düşüb ateist olmusunuz...

- Ali məktəbdə oxuyanda o qədər təbliğat aparılmasına baxmayaraq, mən ateist olmadım. Amma dinə bağlı adam da olmamışam. Müasirliyə üstünlük verən biriyəm. Mənim mollaların, bəzi dindarların hərəkətlərindən heç xoşum gəlmir...

- Məsələn?

- Bu gün Azərbaycanda dinlə məşğul olan elə tanınmış insanlar var ki, əxlaqsız hərəkətlərlə məşğuldur. Yoxlasan, birinin 5-6 arvadı var. Din axı buna icazə vermir. Azərbaycanda dindən kapital kimi istifadə edirlər. Molla tanıyıram ki, axşama kimi alkaşlıqla məşğuldur. Bunları mən gözümlə görmüşəm. Onların içərisində mənim tanışım olan adamlar da var.

- Səmavi hesab edilən dinlərin ilahi qüvvə tərəfindən göndərildiyinə inanırsınızmı?

- Allaha qurban olum! Hamımız taleyimizi Allaha bağlamışıq. Hamı dara düşəndə Allahı köməyə çağırır. Amma insanın özündə də gərək bir hərəkət olsun. Deyirlər “səndən hərəkət, məndən bərəkət”. Biz isə bütün taleyimizi aparıb Allaha bağlasaq və düşünsək ki, Allah bizə göydən çörək yetirəcək, bu da düz deyil. Bir də görürsən biri evdə oturur dua edir ki, “ay Allah sənə qurban olum, mənə pul göndər”. Lakin mən göydən hələ pul töküldüyünü və kiminsə həmin pulun altında batıb getdiyini görməmişəm. Həyata baxışımızı tamamilə başqa formada inkişaf etdirməliyik.

Mən inanıram ki, bizi, kainatı yaradan bir qüvvə var. Lakin elə şeylər var ki, onu elm hələ sübut etməyib. Dində elə şeylər var  ki, hələ də onun  real olub-olmamağına dair vahid fikir yoxdur.

- Belə görürəm ki, siz fövqəltəbii güclərin var olması məsələsində tərəddüdlər içərisindəsiniz?

- Bəli. Mən fövqəltəbii, ilahi varlıqların mövcud olmasına tərəddüd edirəm. Hərəkətlərimin hamısını fövqəltəbii güclərə bağlaya bilmərəm.

- Səmavi dinlərin kitablarını oxumusunuzmu?

- Nə “Quran”ı, nə “İncili”, nə də “Tövrat”ı oxumuşam. Heç oxumaq fikrim də yoxdur.

- Cənnət və cəhənnəm, xəyali məkanlardır, yoxsa, həqiqətən də insanlar öləndən sonra o biri dünyaya düşəcək?

- Mən cənnət və ya cəhənnəmin var olmasına qətiyyən inamıram. İnsan ölürsə, onu aparıb qəbirə qoyurlar. O qəbir rəhmətə gedənin məkanıdır. Vəssalam. Həmin qəbiri bir ildən sonra qazsan, ölü elə həmin yerdə olur. Cənnət və ya cəhənnəm varsa, onu qəbirdən götürüb apararlar. Cənnət, cəhənnəm boş söhbətdir. İnsan öləndən sonra onu yandırmaq da olar.

- Dediklərinizə, dini terminologiya ilə yanaşsaq, deyə bilərik ki, kafirsiniz. Bəs o biri dünya həqiqətən də varsa, bu fikirlərinizə görə orada sorğu-sual ediləcəyinizdən qorxmursunuz?

- Heç nədən qorxmuram. Bu dünyada məni sorğu-suala çox çəkiblər. Burda nə cür cavablar vermişəmsə, o biri dünyada da lazımi cavablar verərəm. Onsuz məni bu dünyada yaşamağıma peşman ediblər. Bugünkü həyatım o qədər də xoş deyil. Bu gün bəzi harın məmurların, nazirlərin övladları gedib Londonda bir günə 15 min dollar xərcləyirlər. Heç olmasa mənim də 100 dollarım olsun, gedib hardasa özümə bir gün ağlayım. Dövlətçilik yolunda çalışan, xalq maraqlarını önə çəkən Hafiz Hacıyev bu gün öz dolanışığını təmin edə bilmir.  Hanı ədalət?! Allah bunları görürsə, o harınlara cəza versin. İlahi ədalət yoxdursa, o zaman elə şarlatan mollalar ən düz yoldadır. Bu gün onlar bu dünyada cənnətdə, mən isə düz cəhənnəmin ortasındayam.

- Hamının həyatının bir sonu var. Bu sonda sizin dəfninizin necə təşkil edilməsini istəyərdiniz?

- Öləndən sonra istəyirlər aparıb məni dənizə tullasınlar, balıqlara yem olum. Ya da elə yerə atsınlar ki, qurd-quş, vəhşi heyvanlar mənim cəsədimi yesinlər. Ya da yandırsınlar. Mənim üçün fərqi yoxdur.

- Hafiz müəllim, onda etiraf edin ki, ateistsiniz.

- Yox, ateist deyiləm. Mən ateizm haqqında danışmaq istəmirəm. Onu deyim ki, mən dinin müqəddəs olmasına şübhə edirəm.

- Heç nə zamansa Həcc ziyarətinə getmək könlünüzdən keçib?

- Əsla. Bu gün Həccə gedənlərin çoxu oğru, pis yolda olanlardır. Azərbaycanda elələri var ki, dövlətə qarşı çıxır, amma Həcc ziyarətinə gedir. Azərbaycandan Həccə gedənlər arasında elələri də var ki, hər tərəfdə bir arvad saxlayır. Onları tanıyıram. Gedib guya Həccdə şeytana daş atırlar. Amma onların özlərinə daş atmaq lazımdır. Mən belə, dələduz, şarlatanlarla bir sırada durmaq istəmərəm.

Həccə gedənlər arasında saf, təmiz insanlar da var. Amma onlar ümumi prosesə təsir edə bilmirlər. Ləyaqətli dindarlar barmaqla sayılacaq qədərdir.

- Spirtli içki içənsiniz?

- Çox az hallarda... İçkiyə meylli adam deyiləm. Haram baxdığım üçün yox, səhhətimdə yaranan problemlərlə əlaqədar içki içmirəm.

- Bəs deyirlər içki haramdır?

- Niyə haram sayılır ki?! Elə onu deyən mollalar, onların başında dayananlar lap alkaşın yekəsidirlər. Səslərini çıxarsalar, tarixi ilə sübut edə bilərəm ki, hansı xarici dövlətdə nə qədər konyak içiblər.

- Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mənim şeyxə böyük hörmətim var. Şeyx Hacı Allahşükür Paşazadə ilə yoldaşlıq da etmişəm, onunla xaricdə də olmuşam. Onunla 20 illik tanışlığım, dostluğum var. Şeyx ləyaqətli bir kişidir. Amma onun ətrafında olan bir qrup, molla, şeytan dəstəsi var. Şeyx onlardan aralansa, yaxşı olar.

Qafqaz Müsəlmanları İdarəsində bir qrup var ki, dövlətin siyasətinə müdaxilə etməyə çalışırlar. Biz bunların hamısını görmüşük.

Onların bəziləri İrandan, bəziləri isə Səudiyyə Ərəbistanından təlimat alırlar. Məsələ ondadır ki, onların da maraqları toqquşur. Məsələn, Qafqaz Müsəlmanları İdarəsində İslam Partiyasına dəstək verənlər var. İslam Partiyası isə bilirsiniz ki, İrandan maliyyələşir. İran isə heç zaman Azərbaycanı müstəqil görmək istəmir.

Hər şey müəyyənləşməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri dəqiq müəyyən edilməlidir. Bilinməlidir ki, nəzir qutularından yığılan pullar kimə verilməlidir. Mən bilirəm ki, elə partiya sədri var ki, ona 6-7 nəzir qutusu veriblər. O da nəzirdən gələn pulların bir hissəsini götürür.

- Azərbaycanda ilahiyyatçıların dini çağırışlarında elmi, müasir nəsə görürsünüzmü?

- Mən belə bir şey görmürəm.

- İranda olmusunuz?

- Bəli.

- Şəriət qaydaları ilə idarə edilən, və mühafizəkar dindarlar, ayətullahlar olan İranda nə müşahidə etmisiniz?

- Orada din tam başqa bir xarakterdədir. Mənim İranın ali dini lideri Xamneyi ilə də görüşlərim olub. Bu qənaətə gəlmişəm ki, onlar dinə tamamilə fərqli kontekstdən yanaşırlar. Onlar dini özləri üçün çörək ağacı etmirlər.

- Xamneyi ilə nə zaman görüşmüsünüz?

- Hardasa, 7-8 il bundan qabaq.

- Söhbətləriniz nə mövzuda oldu?

 - Bu görüşün olduğunu ilk dəfə sizə deyirəm. Amma o görüşün detallarını açıqlamayacağam. Bir onu deyim ki, Xamneyi Azərbaycanla çox maraqlanır.

- Sizə elə gəlmirmi ki, ali dini lider bilsə idi ki, Hafiz Hacıyev kafirdir, bəlkə də sizi qəbul etməzdi.

- Yox, elə deyil. Mən Allaha, dinə qarşı çıxmıram axı.

- Belə düşünmək olarmı ki, sizin partiyanız İrandan maliyyələşir?

- İran mənimlə işləməyi təklif edib. Amma mən qəbul etməmişəm. Mən öz millətmi o qədər sevirəm ki, onun maraqlarına, dövlət mənafeyinin əleyhinə gedə bilmərəm.

- Övladlarınıza ibadətlərində sərbəstlik verirsiniz?

- Hə. Amma əsəbiləşdiyim vaxtlar da olur. Bir də görürəm ki, saatlarla namaz qılırlar. Hər şeyin yeri, həddi-hüdudu var. İşini-gücünü buraxıb əyilib-qalxmağım mənası yoxdur. Bu dediklərim, qurban olduğum Allaha xoş getmirsə, qoy vurub məni öldürsün.

- Siğə adı ilə tanınan müvəqqəti nikah anlayışı var. Buna riayət edənlər də mövcuddur. Siğəyə necə baxırsınız?

- Çox pis. Bu lotuluq fason bir şeydir. Mollalar indi 10 arvadı özünə siğə edir. Belə şey olar? Siğə pozğunluğun bir formasıdır. Bu qədər əxlaqsız yuvaları var. Ondansa aparıb ora bir molla qoysunlar, o da gəlib-gedən müştərilərlə əxlaqsız qadınları siğə etsin.

- Ölkədə halal brendi olan kolbasalar, sosiskalar var. Sizə görə bu halal meyarı nə ilə ölçülür?

- Heç bir halal deyilən şey yoxdur. Bunlar hamısı pul qazanmaq vasitəsidir. Halal kolbasa deyirlər, mən ondan heç zaman yeməmişəm, yeməyəcəyəm də. At ətini gətirib onun içərisinə qatanda bu necə halal ola bilər?

- Tərkibində donuz əti olan kolbasa yeyirsiniz?

- Onu yeyirəm. At əti, eşşək əti olan “halal” kolbasa yeməkdənsə, elə donuz əti olanı yemək yaxşıdır. Donuz ətini sevirəm. Donuz əti yeməkdən ötrü sinov da gedirəm.

- Donuz əti dinə və şəriətə görə haramdır axı.

- Qoy olsun, eybi yoxdur. Mənə görə haram deyil.

- İxisasca bioloqsunuz. Bir bioloq kimi, Çarlz Darvinin təkamül nəzəriyyəsinə inanırsınızmı?

- Mən Darvinin dediklərinə də inanmıram. İnsan təkamüllə meydana gələ bilməz. Təkamüllə canlı dəyişmir. Bu dəyişikliyi görə bilmirəm.

- Heç şübhəsiz ki, Məhərrəmlik ayına, Aşuraya da qarşısınız.

- Mövhumata, xurafata qarşıyam. Bu gün Aşuralarda bədəninə zəncir vuran, başlarını yaran kimlərdir? Aristokrat, mədəni, intellektual, elmi olan adamlar bunu edərmi? Xeyr. 40 gün yas saxlamağa da yaxşı baxmıram.

- İslam dinində imamlıq mərtəbəsi də var, 12 imam olub. Onların müqəddəsliyini də şübhə altına alırsınız?

- Mən imamları müqəddəs kimi görə bilmirəm.

Aqşin KƏRİMOV


***
Həmçinin oxu:

Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” - MÜSAHİBƏ
http://modern.az/articles/81291/1/

““Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram” - MÜSAHİBƏ
http://modern.az/articles/81123/1/

Rəsul Quliyev: “Cənnət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub” - MÜSAHİBƏ
http://modern.az/articles/80501/1/

Siyavuş Novruzov: “Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!” - MÜSAHİBƏ
http://modern.az/articles/80918/1/


“Siğə oteldə yüngül əxlaqlı qadınla bir yerdə qalmaq kimi bir şeydir” – MÜSAHİBƏ
http://modern.az/articles/82623/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28