Arxiv
13 İyul 2015, 09:35 | MÜSAHİBƏ
““Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram” - MÜSAHİBƏ

Araz Əlizadə: “İstəyirəm ki, öləndən sonra məni yandırsınlar, külümdən də gübrə kimi istifadə etsinlər”


“Bəzi  hacılar sutenyorluqla məşğuldur, amma utanmadan yenə də Həccə gedir, belə dələduzlarla bir sırada olmaq istəmərəm”

Modern.az saytının “Siyasətçi və din” rubrikasının növbəti qonağı Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadədir.

- Ziyalı ailəsində böyümüsünüz. Atanız Mübariz Əlizadə və ananız Zinyət xanım ölkənin elm adamlarından olublar. Belə bir ziyalı ailədə dinə münasibət necə idi?

- Deyərdim ki, ateist ailəsində böyümüşəm. Atam da, anam da ateist idi. Yalnız ana nənəm dindar idi. O, namaz qılırdı, oruc tuturdu. Nənəmdən savayı, hamımız dindən uzad adamlar idik. Mənim atam “Qurani-Kərim”i mükəmməl bilirdi. Hətta, bütün ərəbşünaslar, alimlər, dindarlar hansısa mübahisəli məsələ ilə bağlı atama müraciət edirdilər. Atam isə onlara aydınlıq gətirirdi.

- Dinə qarşı radikal mövqedə duran ateistlərdən idilər, yoxsa dini inanclara hörmət edən?

- Biz dinə qarşı müharibə aparan ateistlərdən olmamışıq. Atam həmişə bizə deyirdi və başa salırdı ki, din xalqımızın adəti, ənənəsi, mədəniyyətidir. O, həmişə bildirirdi ki, bütün adət-ənənələrimiz İslam dini ilə uzlaşır. Buna görə də bizim ailədə dinə böyük hörmət var idi. Amma dinin ilahi olduğuna dair bir inam yox idi.

- Sonradan mövqeyini dəyişib, dindarların təbirincə desək, dinə-imana qayıtmadılar ki?

- Atam ateist olaraq qaldı və bu düşüncə ilə də rəhmətə getdi. Mən də ateist olaraq qaldım. Anam isə mənə elə gəlir ki, ömrünün sonlarına yaxın Allaha inanmağa başladı. Bacılarım da son 15 ildə Allaha inanırlar. Böyük bacımın həyat yoldaşı hacıdır. Özü də düz hacılardandır.

- Bəs ateistlikdən dinə gedən yola hansı amillər təsir etmişdi?

- Mən bunu bilmirəm, buna görə heç onlara sual da verməmişəm. Mən heç zaman kiminsə dindar və ya ateist olduğunun səbəbləri barədə sual ünvanlamamışam.

- Yaxşı siz niyə dəyişmədiniz?

- Bu gün “mən dindaram” deyənlərin mütləq əksəriyyəti yalan danışır. Məsələn, kimsə Həcc ziyarətinə gedib-gəlir, amma yetimin pulunu mənimsəyir, xalqın malını yeyir. Kimsə hacıdır, ancaq sutenyorluqla məşğuldur. Bu adamların əksəriyyəti utanmadan yenə də Həccə gedir. İnsan var ki, Həccə getmək üzrə dünya çempionu olacaq. Elələri var ki, 20 dəfə Həccdə olub. Onlar gedir ki, illər ərzində etdikləri günahları yusunlar,  qayıdan sonra isə yenə bəd əməllərlə məşğul olurlar. Təzədən yenə Həccə gedib, günahlarını yuyurlar. Mən belə dələduz və yalançı adamlarla bir cərgədə durmaq istəmirəm.

- Ailənizdə övladlarınızdan, xanımınızdan dindar olanı varmı?

- Xeyr, bizdə heç kim dindar deyil.

- Ziqmund Freyd psixoanaliz təlimində iddia edir ki, dinə olan məhəbbət uşaqlıqda yaranan xofla, qorxu ilə bağlıdır. Məsələn, insan necə ki, uşaq yaşlarında atasından qorxursa, eləcə dinin ilahiliyinə olan inam bu cür qorxunun yaratdığı qeyri-iradi reaksiyadır. Siz necə, heç uşaqlıqlığınızda da dinə inanmamasınız?

- Məndə heç bir vaxt dinə bağlılıq olmayıb. Artıq o yaşdayam ki, bundan sonra da dini qəbul edəcəyimə inanmıram. Hesab edirəm ki, Allah insanın dilində yox, qəlbində  qərar tutmalıdır, hərəkətlərində əks olunmalıdır. Özlərini mömin göstərib, atdığı addımları saxta, yalan olan adamlar Allaha yox, Şeytana qulluq edirlər.

- Nə zamansa oruc tutmusunuz?

- Heç bir vaxt bu ayini icra etməmişəm.

- Bəs nə vaxtsa, heç Həcc ziyarətinə getmək arzusunda olmusunuz?

- Əsla. İnsanın əməlləri düz olmalıdır. Belə olmaq, elə Həcci ziyarət etmək kimi bir şeydir. “Qurani-Kərim”, “Tövrat”, “İncil” demək olar ki, eyni şeydir. Bu da təbiidir, çünki deyilənə görə Allah tərəfindən göndərilib...

- Siz bu kitabların Allah tərəfindən göndərildiyini qəbul edirsinizmi?

- Xeyr. Mən insanda vicdan, namus, rəhmlilik olmağı yüksək dəyər hesab edirəm. Bu dəyərlər də “Quran”da təbliğ edilir. Amma bunun hansısa ilahi varlıq tərəfindən göndərildiyi əsassız iddiadır.

- İlahi qüdrətin olmaması tezisinizi hansı arqumentlə əsaslandıra bilərsiniz?

- Deyirlər ki, Allah ədalətlidir. Allahın varlğı məsələsini bir kənara qoyaq. Amma həmin ilahi ədalət olsaydı, dünyada bu qədər zülm, özbaşınalıq olmazdı. İlahi qüdrət mövcud olsaydı, adını islamçı qoyanlar xalqı qarət etməzdilər, adını xristian qoyanlar isə dünyanı dağıtmazdılar. Biri xaç vurur, biri namaz qılır, amma hamısı da ədalətsiz işlərlə məşğuldurlar. İnsanın pis əməllərinə görə o biri dünya deyilən ağır cəzaya düçar olacağı fikri isə çox məntiqsizdir. Çünki bu ədalətli deyil. Cəza həyat zamanı olmalıdır ki, hamı görsün ki, oğurluq və namusa təcavüz, biqeyrətlik, binamusluq etməzlər. Elə bu dünyada bunun ilahi cəzası o saat verilsə, hamı pis niyyətlərdən çəkinər.

- Bu dünya ifadəsini işlətdiniz, deyəsən ateist olmağınıza rəğmən cənnət, cəhənnəmin olması haqqında sizdə fikirlər oyanıb...

- O biri dünya, cənnət-cəhənnəm deyilən bir məkan yoxdur. Hələ heç kim, o biri dünyadan gəlməyib.

- Ölümün yaratdığı qorxu da sizi o biri dünyaya inandırmır?

- Yox. Mən ümumiyyətlə ölümdən qorxmuram. 11 yaşımda olardı. Məktəbə gedərkən, qarşımda  bir xanımın ayağı büdrədi və mən onun yerə yıxılmaması üçün özümü qabağa verdim. Bir kişi də yaxınlaşdı, biz qadını yerdən qaldırdıq, amma gördük ki, o artıq ölüb. Bu zaman dərk etdim ki, ölüm bir göz qırpımında olan şeydir. Buna görə də ölümdən qorxmağa dəyməz.

- Ateistsiniz, amma bəzən Allah sözünü işlədirsiniz. Buna necə aydınlıq gətiərərsiniz?

- Bu, adət-ənənə, dilimizə oturuşmuş ifadələrdir. Bunu çıxarmaq olmaz.

- “Quran”ı oxumusunuz?

- Bəli.

- Orada hansı məqamlar sizi qane etmir?

- Öncə deyim ki, “Quran” ərəb mədəniyyətinə məxsus ən böyük ədəbi əsərdir. Orada çoxlu müdrik şeylər var. Bu kitabda mənfi bir çağırış, pis mesaj yoxdur. Amma ilahi olduğuna inanmıram.

- Amma “Quran”ı nə qədər tərifləsəniz də, onun fövqəlgüc tərəfindən göndərildiyini şübhə altına alanları ilahiyyatçılar Allaha şəkk gətirməkdə ittiham edir.

- Bu artıq cəhalətdir. Hamı dindar olmaq, Allaha inanmaq məcburiyyətində deyil.

- Belə iddialar da irəli sürülür ki, “Quran” dəyişdirilib, təhrif olunub. Bu iddiaları doğru hesab etmək olarmı?

- Məhəmməd peyğəmbərin tərəfdarları olduğu kimi, əleyhdarları da olub. “Quran” o dövrdə proseslərdə iştirak edənlərin hafizəsində qalan hadisələrin məcmusudur. Kimin yadında nə qalıbsa, onu “Quran”a köçürüblər. Təbii ki,  peyğəmbərin fikirləri təhrif edilib və bu dəyişdirilmiş düşüncələr “Quran”a da daxil olub. Ona görə də “Quran”da bir-birinə zidd olan ayələr var. “Quran”ın dəyişdirilməsi fikri ilə razıyam.

- Spirtli içki qəbul edənsiniz deyəsən, Ramazan ayında da içirsiniz?

-Mən oruc tutmuram. Lazım olanda, hətta Ramazan ayında da  alkoqollu içkilər içirəm. Ən çox sevdiyim spirtli içki isə pivədir.

- Gələk yaradılış fəlsəfəsinə. Bilirsiniz ki, bu mövzu ətrafında dindarlarla Darvinin təkamül nəzəriyyəsinin real olduğuna inananlar arasında böyük, əbədi xarakter alan mübahisələr gedir. Siz nə düşünürsünüz, Çarlz Darvinin fərziyyələri düzgündür, yoxsa dinin?

- Suala Darvin haqqında bir lətifə ilə cavab vermək istəyirəm. Amerika kolleclərinin birində bir tələbə müəllimə sual verir: “Mister Smit, mənim atam deyir ki, hamımız meymundan əmələ gəlmişik”. Müəllim isə belə cavab verir: “Otur yerinə, sənin ailənin tarixi məni maraqlandırmır”.

Mən bu yaradılışla bağlı problem üzərində heç baş sındırmaq istəmirəm. İlk insanın necə yaranması məni heç vaxt maraqlandırmayıb. Əsas “mən kiməm” sualıdır. Bu, mənim üçün daha vacibdir. Mən düşünmürəm ki, meymundan insan əmələ gələ bilər.

- Amma Darvin insanın birbaşa anlamda meymundan əmələ gəlməsini yox, təkamül nəticəsində yarandığını söyləyir.

- Yaxşı, təkamül olubsa, indi niyə bu proses baş vermir? Mən insanların meymuna çevrilməsini prosesini çox görmüşəm, amma meymunların insana dönməsini yox (gülür).

- Əgər bir müsəlman dinini dəyişirsə, məsələn xristianlığa keçirsə, bu sizdə qıcıq yaratmır ki?

- Mən dini də bir əqidə hesab edirəm. Əqidəsini dəyişənlərə isə münasibətim müsbət deyil. Amma düşmən kimi də baxmıram.

- Yaxın ətrafınızda olan adamlardan başqa dini qəbul edənlər vamı?

- Vallah, heç maraqlanmamışam.

- Azərbaycan siyasətçilərinin dinə münasibətini necə qiymətləndirirsiniz?

- Mən elə siyasətçi tanıyıram ki, Həccə gediblər, amma spirtli içki içirlər. Mənim isə yalandan zəhləm gedir.

- Ad çəkə bilərsinizmi?

-Yox, qoy bu bir sirr olaraq qalsın.

- Ölkədə kimi savadlı, intellektual ilahiyyatçı sayırsınız?

- Vasim Məmmədəliyevi. Qalanlarının isə fəaliyyəti, fikirləri ilə tanış deyiləm. Vasim müəllimi cavanlığından tanıyıram. O, şərqşünas kimi də güclü alimdir.

- Araz müəllim, donuz əti yeyirsiniz?  

- Bəli, xoşlayıram və yeyirəm.

- İslam dini axı donuz ətini haram buyurur.

- Donuz əti haram deyil. Təxmini deyə bilərəm ki, onu niyə haram elan ediblər. Donuz böyük heyvandır. O zamanlar donuz kəsilirdi, piyli olduğuna görə tez iylənirdi. Ərəbistanın istisi isə arzuolunmaz idi. Ərəblər donuzu kəsirdi, amma onu saxlamağa soyuducu olmurdu. Ona görə də hamısını tez yeməsələr, ət sabaha qalsa, o xarab olurdu. Hamısını yeyəndə isə xəstəliklər yaranırdı, insanlar ölürdü. Buna görə də donuz ətini yeməyi qadağan etdilər. Şərab qadağası da elə iqlimlə bağlıdır. Ərəbistan yarımadasında şərabı içirdilər, qovurucu istilər də bunların başına vuranda ortaya fəsadlar çıxırdı. 

- Karl Marks deyib ki, din cəmiyyət üçün tiryəkdir. Bu, həqiqətən də belədirmi?

- Karl Marks, Engels, Lenin böyük və dahi şəxsiyyələr olublar. Onların dinlə bağlı fikirlərini müzakirə etməyə hazır deyiləm.

- Buddizm deyilən bir inanc sistemi də var. Bu inancda olanlar problemi insanlar deyillər?

- Mən bir il Şərqi Sibirdə, Buryatiyada işləmişəm. Orada çoxlu sayda buddistlər var idi. Deyə bilərəm ki, Buddizm ən demokratik bir dindir.

- Onların hansı maraqlı ayinlərinin şahidi olmuşdunuz?

- Çox maraqlı şeylərin şahidi olmuşam. Bir dəfə biri gəldi, supu yedi, sonra da əlini yeməyin içərisinə salıb başladı ətrafa çiləməyə. Sonra əlini şəraba salıb eyni şeyi etdi. Dedim ki, siz neynirsiniz? O isə dedi:  “adətdir, yediyimdən, içdiyimdən Buddaya da verməliyəm. Budda hər yerdədir”. Bir dəfə də biri yanımda stəkanına araq süzdü. Birini də süzüb Buddanın heykəlinin qarşısına qoydu. Maraqlandım, dedilər ki, bu o deməkdir ki, Budda ilə bir yerdə içir.

- Həyatın sonu ölümdür. Rəmzi olaraq sonuncu sualım da elə ölümlə bağlıdır. Öləndən sonra necə dəfn olunmağınızı istəyərdiniz?

-Bizdə əfsus ki, öləni yandırmaq ənənəsi yoxdur. Mən istəyirəm ki, öləndən sonra məni yandırsınlar. Külümdən də gübrə kimi istifadə edib, üstündə bir ağac əksinlər. Yandırılmaq ekoloji cəhətdən də təmizdir. Yandırmaq əslində bizim tarixi dinimiz olan atəşpərəstlikdən gəlir.

-Vaxtınızı ayırıb, suallarımıza cavab verdiyiniz üçün sağ olun!

-Siz də sağ olun!

Aqşin KƏRİMOV

***
Həmçinin oxu:

Rəsul Quliyev: “Cənnət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub” - MÜSAHİBƏ
http://modern.az/articles/80501/1/

Siyavuş Novruzov: “Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!” - MÜSAHİBƏ
http://modern.az/articles/80918/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53 Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu 25 Oktyabr 2020, 00:40 Moskvada daha 68 nəfər koronavirusdan öldü 25 Oktyabr 2020, 00:33 Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan 25 Oktyabr 2020, 00:28 Gözün aydın, AZƏRBAYCAN! 25 Oktyabr 2020, 00:16 “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycan paylaşımı - FOTO 25 Oktyabr 2020, 00:09 Cəbhə gündəliyi: 24 oktyabrda nələr oldu... 25 Oktyabr 2020, 00:06 Əfqanıstanda partlayış - onlarla insan həlak oldu 24 Oktyabr 2020, 23:52 Daha bir hərbçimiz koronavirusla bağlı əhaliyə çağırış etdi - VİDEO 24 Oktyabr 2020, 23:48 Bakıda kütləvi dava - xəsarət alanlar var 24 Oktyabr 2020, 23:34 Fransa Türkiyədəki səfirini geri çağırdı 24 Oktyabr 2020, 23:28 Yolu keçən piyadanı maşın vurdu 24 Oktyabr 2020, 23:19 “General Həzi Aslanov” gəmisində partlayış olub 24 Oktyabr 2020, 23:13 Paşinyanın qızı rus xalqını təhqir edir 24 Oktyabr 2020, 23:06 Düşmənin hərbi obyektlərini və hədəflərini məhv edən zabitimiz- VİDEO 24 Oktyabr 2020, 22:51 Levandovski yeni rekorda imza atdı 24 Oktyabr 2020, 22:46 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO 24 Oktyabr 2020, 22:30 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır - Prezidentin köməkçisi 24 Oktyabr 2020, 22:16 ABŞ-ın Azərbaycandakı Səfirliyindən vətəndaşlarına terror təhlükəsi barədə XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 22:13 Hərbi pilotumuzdan Azərbaycan xalqına ÇAĞIRIŞ 24 Oktyabr 2020, 22:00 “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” 24 Oktyabr 2020, 21:50 “Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” - Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı 24 Oktyabr 2020, 21:39 Ermənistan döyüşlərdə uşaqlardan istifadə edir - VİDEO 24 Oktyabr 2020, 21:28 Düşmənin 19 hərbçisini məhv edən snayperçimiz - VİDEO 24 Oktyabr 2020, 21:18 “Ayaks”dan darmadağın - 13:0 24 Oktyabr 2020, 21:10 Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı - VİDEO 24 Oktyabr 2020, 21:04 “El Klassiko”nun qalibi müəyyənləşdi 24 Oktyabr 2020, 20:55 “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 20:45 Cüdoçumuz qızıl medal qazandı 24 Oktyabr 2020, 20:38 Şəkidə ağır yol qəzası 24 Oktyabr 2020, 20:29 ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir 24 Oktyabr 2020, 20:14