Modern.az

Vətəndaşların müraciətlərinə etinasız yanaşanlar cəzalanacaq  

Vətəndaşların müraciətlərinə etinasız yanaşanlar cəzalanacaq  

Aktual

14 İyun 2016, 15:38

Azərbaycanda vətəndaşların müraciətlərinə (ərizə, şikayət və təklif) baxılması qaydasında pozuntular məsuliyyət yaradacaq.

 

Modern.az-ın xəbərinə görə,  bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında bildirilib.

 

Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 594-1-ci maddəyə əsasən, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətlərə, təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir.

 

Ya da onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimələnir.

Vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə uyğun olaraq, nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.

 

 Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı