Modern.az

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasına yeni sədr seçildi

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasına yeni sədr seçildi

Ölkə

Bu gün, 16:58

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib, tərkibi təsdiqlənib.

Modern.az Şuraya istnadən xəbər verir ki, bu, Şuranın İdarə Heyətinin bugünkü iclasında bildirilir.

Bildirilib ki, Şuranın Nizamnaməsinə əsasən qurumun sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərliyi həyata keçirirlər. Müzakirələrdən sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq olunub.

Sonra MŞ-nin Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov), Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı), Media subyektləri ilə əlaqələr komissiyasının (sədr Vüqar Rəhimzadə), Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının (sədr Hacıbəy Heydərli), Dil komissiyasının (sədr Seyfəddin Hüseynli), Media monitorinqi və analitika komissiyasının, Rəqəmsal texnologiya və süni intellekt komissiyasının, həmçinin qurumun nəznindəki Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin (sədr Ayaz Mirzəyev) tərkibləri müəyyənləşdirilib, həmçinin onların fəaliyyət proqramları qəbul edilib.

İclasda MŞ İdarə Heyəti üzvlərinin Şuranın fəaliyyətinin daha da sistemləşdirilməsinə yönələn təklifləri də dinlənilib, bununla bağlı qurumun Katibliyinə müvafiq tapşırıqlar verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan