Rusiya və Azərbaycan hərbi əməkdaşlığı davam etdirəcək.
Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müafiə naziri Zakir Həsənovla görüşdə bildirib.
S.Şoyqu qeyd edib: "Ölkələrimiz arasında mövcud olan bütün əməkdaşlıq sahələri kimi, hərbi əməkdaşlığımız da strateji xarakter daşıyır. Hazırkı və 2016-cı il üçün əməkdaşlıq planlarımızdan danışsaq, deyə bilərəm ki, bu planlar çox zəngindir".
Daha sonra rusiyalı nazir əməkdaşlığın inkişafı üçün potensil olduğunu da əlavə edib:
"Biz dost, strateji əməkdaşlığımızın və əlaqələrimizin daha da inkişaf etməsi üçün hər şeyi edəcəyik".
Görüşün sonunda rusiyalı nazir azərbaycanlı həmkarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Modern.az