Modern.az

Salyan sakini itkin düşdü

Salyan sakini itkin düşdü

Aktual

15 İyun 2016, 13:32

Salyan şəhərində yaşayan 50 yaşlı Xudaverdiyev Əbülfəz Qabil oğlu cari il iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxmış və evə qayıtmayıb.

 

Modern.az-ın məlumatına görə, onun xarakterik əlamətləri belədir: boyu 150 sm., orta bədən quruluşlu, qara qısa saçlı, uzunsov sifətli, qara qalın qaşlı, gözləri qəhvəyi, fiziki cəhətdən sağlam, əqli cəhətdən qüsurlu ruhi əsəb xəstəsi, burnunun üstündə çapıq var. 

 

Evdən çıxarkən əynində göy rəngli şalvar, ağ köynək, tünd göy rəngli pencək, əlində isə içərisində geyim əşyaları olan qara rəngli çanta olub.

 

Əbülfəz Xudaverdiyevi itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti"nə, həmçinin (050) 341-49-64 mobil və ya Salyan Rayon Polis Şöbəsinə 021-255-51-12 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.   

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı