Modern.az

Milli Məclisdə dinləmələr başladı

Milli Məclisdə dinləmələr başladı

Aktual

16 İyun 2016, 11:39

 

Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələr başlayıb.

 

Modern.az-ın məlumatına görə, iclası Milli Məslis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova aparır. Dinləməyə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, ombudsman Elmira Süleymanova, Ali Məhkəmnin sədri Ramiz Rzayev qatılıblar.

 

“Azərbaycanın müstəqilliyi bölünməz, dövləti isə əbədidir. 18 iyun ölkəmizdə milli insan hüquqları günüdür. Azərbaycan insan hüquqları sahəsində demokratik ölkələrin uzun illərdə ərzində əldə etdiklərini qısa müddətdə əldə edib”. Bunu Bahar Muradova keçirilən həmin tədbirdə bildirib.

 

Azərbaycanın həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən biri olduğunu deyən vitse-spiker qeyd edib ki, ölkəmiz bu istiqamətdə çətinlikləri geridə qoyub.

 

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı