Modern.az

Əli Həsənov QHT-lərdən şəffaflıq tələb etdi

Əli Həsənov QHT-lərdən şəffaflıq tələb etdi

Aktual

16 İyun 2016, 14:13

“İnsan hüquqları hüdudu olmayan bir anlamdır. Bu məsələyə digər rakursdan baxsaq,  istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlətin üzərinə mühüm vəzifələr düşür”.

Modern.az-ın xəbərinə görə bunu, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Məclisdə təşkil olunan dinləmələrdə çıxış edib. Prezidentin köməkçisi bildirib ki, istehlakçıların hüquqlarını müdafiə etdiyimiz instansiyadan baxdıqda onların da insan hüquqları ilə bağlı öz baxışları var:

“Onların da hüquqları qorunmalıdır. Təssəvür edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, “mən buranı bağlayıram. Çünki buranı yoxlayacam”. İddia etmirəm ki, Azərbaycanda bu sahə ilə məşğul olan təşkilat və qurumların hamısı bu vəziyyətdədir. Bilirik ki, belələri də var. O rakursdan baxanda istehsalçıların, istehlakçıların da özlərinə nəzarət edən qurumların hüquqlarının müdafiəsinə ehtiyac var. Bu yaxınlarda Azərbaycan prezidenti sahibkarlıq subyektlərində yoxlamaların 2 il aparılmasını qadağan etdi. Bundan istifadə edən işbazların hərəsi bir QHT adı ilə müəssisələrə gedib yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların hüquqlarının müdafiəsinə qədər yoxlamağa cəhd edir. Demirəm ki, burada vəziyyət acınacaqlıdır. Bu baxımdan QHT-lərin, medianın da fəaliyyəti şəffaflıq tələb edir”.

İnsan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Davranış normalarının ortaq xətti məhz insan hüquqlarının təmin olunması üçün dolğun şəraitin yaradılmasıdır. Hakimiyyət qanadı olaraq, həm qanunverici orqan olaraq daxil olan təşəbbüsləri və təklifləri ümumiləşdirib ümumi ictinmai davranış qaydaları səviyyəsinə qaldırıb qanunvericilik təsviri kimi həyata keçiririk. Biz icra orqanları maksismum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış, vətəndaşlardan gələn fikirləri ümumiləşdirib cəmiyyətsəki məsələləri həll edək. Məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşların məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməli, insanların icra, qanunvericilik strukturundan və QHT-lərdən şikayət etmək hüququnu dolğun təmin etməlidir”.

Prezidentin köməkçisi vurğulayıb ki, cəmiyyətdə şəffaf müzakirə mühütü yaradılmalıdır:

“Düşünürəm ki, parlamentin bu təşəbbüsünün gələcəyi var və bunu davam etdirmək lazımdır. Biz hər şeyi görmürük, lakin görməyə çalışırıq. Müvafiq olaraq dövlət strukturlarından və cəmiyyətdən daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk. Cəmiyyətin ümumiləşmiş ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır”.


Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı