Sabunçu sakini özünə bıçaq xəsarəti yetirib.
Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbənin “Gülçülük sovxozu” adlandırılan ərazisində yeni tikilidə yaşayan 84 yaşlı Gülşən İbrahimovanın evində nəvəsi Bakı şəhər sakini 27 yaşlı Zaur Mənsurov ailə münaqişəsi zəminində özünün döş nahiyəsinə bıçaq xəsarəti yetirib.
Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Modern.az