Modern.az

Cəbhədə atışma oldu

Cəbhədə atışma oldu

Aktual

30 Sentyabr 2016, 09:23

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...