Modern.az

Gəncədə 3 tələbə dəm qazından zəhərlənib

Gəncədə 3 tələbə dəm qazından zəhərlənib

Aktual

8 Yanvar 2017, 21:57

Gəncədə dəm qazından zəhərlənmə olub. Modern.az saytı xəbər verir ki, "ARB Kəpəz"in məlumatına görə, hadisə bu gün axşam saatlarında Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

Həmin prospektdə kirayədə yaşayan, Gəncə Dövlət Universitetinin üç tələbəsi - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Rasim oğlu Səfərəliyev, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Cavidan Ramazan oğlu İsaqlı və həmyerlisi və həmyaşıdı Elməddin Bədrəddin oğlu Kamallı dəm qazından zəhərlənərək  xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Məlumata görə, tələbələr yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı