Modern.az

Ermənilər Qarabağda yeni qızıl yatağı axtarırlar

Ermənilər Qarabağda yeni qızıl yatağı axtarırlar

Aktual

9 Yanvar 2017, 18:04

Ermənilər Dağlıq Qarabağda geoloji qazıntı işləri aparır. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə separatçı rejimin "iqtisadiyyat naziri" Andranik Xaçatryan məlumat verib.

 

Onun sözlərinə görə, “Qold Star” şirkəti ərazidə geoloji qazıntı işləri aparır. Qazıntı işlərinin bitməsindən sonra investisiya proqramının tərtib olunması gözlənilir.

 

Bundan öncə, şirkət Dağlıq Qarabağın qızıl yataqlarından birində geoloji kəşfiyyat işləri aparmışdı.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı