Modern.az

“Səhlənkarlığa yol verənlər marşrut şəbəkəsindən kənarlaşdırılacaq” - BNA

“Səhlənkarlığa yol verənlər marşrut şəbəkəsindən kənarlaşdırılacaq” - BNA

Aktual

6 Yanvar 2018, 21:13

Yanvarın 6-da saat 17:00 radələrində Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XM 581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb.

Bu barədə Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyi (BNA)İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, hazırda hüquq mühafizə orqanları yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparır: “İlkin ehtimallara görə isə hadisə sürücü ehtiyatsızlığı səbəbindən baş verib”.

 

Obildirib ki, mövcud qanunvericiliyə əsasən sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir:

“Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə  şərait yaradır. Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq”. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı