Modern.az

Xəzərdə daha bir nəfər boğuldu  

Xəzərdə daha bir nəfər boğuldu  

Aktual

6 İyul 2018, 08:38

Fövqəladə Hallar Nazirliyi Xəzərdə 1 nəfərin batdığı barədə məlumat yayıb.
Nazirlikdən Modern.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.​

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır