Modern.az

Qazaxda kütləvi dava

Qazaxda kütləvi dava

Aktual

6 İyul 2018, 22:28

Qazax rayonunda kütləvi dava baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Aslanbəyli kəndində qeydə alınıb. Bir neçə nəfər arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Aslanbəyli kənd sakinləri, 33 yaşlı Musa Əbdülrəhmanov və 37 yaşlı Ramin Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.  

Onlardan bir nəfərinin bıçaq yarası, digərinin isə küt alətlə xəsarət aldığı bildirilir.Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?