Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

2 Avqust 2018, 00:23

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 74,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 31-də 71,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 31-də 74,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,67 dollar/barel azdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı