Modern.az

Əfqanıstanda terror aktı – 20 ölü

Əfqanıstanda terror aktı – 20 ölü

Aktual

3 Avqust 2018, 14:38

Əfqanıstanın şərqində məscidlərin birində dini ayin zamanı partlayış baş verib.

 

Modern.az “Ariana” kanalına istinadən xəbər verir ki, baş vermiş terror aktı nəticəsində ən azı 20 nəfər həyatını itirib.

 

Faciə Paktiya vilayətinin Hardez şəhərindəki baş verib.

Məscidə iki kamikadze terrorçunun hücum çəkdiyi bildirilir.

 

Hadisədə daha 40 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd edilir.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!