Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasetmə qüvvələri tərəfindən mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Məmmədov Akif Xeyrulla oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.