Modern.az

Çavuşoğlu başsağlığını rus dilində verdi

Çavuşoğlu başsağlığını rus dilində verdi

Aktual

4 Avqust 2018, 12:55

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı ifadə edib.

Modern.az-ın məlumatına görə, o başsağlığını öz "Twitter" səhifəsindən ünvanlayıb.

Nazir başsağlığını rus dilində ifadə edib.

 

Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Qəza nəticəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər həlak olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı