Modern.az

Milli Qəhrəmanlar və şəhidlərin xatirəsinə həsr olunmuş turnir yekunlaşıb  

Milli Qəhrəmanlar və şəhidlərin xatirəsinə həsr olunmuş turnir yekunlaşıb   

Aktual

3 Sentyabr 2018, 17:59

Azərbaycan Kikboksinq Federasiyası, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 sentyabr 2018-ci il tarixində Bakı şəhəri Nərimanov rayonunda 20 saylı İkinci Seçki Dairəsində məktəblilər arasında Azərbaycan Milli Qəhrəmanlarının və şəhidlərin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib.

Açılış mərasimində çıxış edən AKF prezidenti, millət vəkili Adil Əliyev tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə bir tədbirin keçirilməsi milli vətənpərvərlik hissinin daha da artırılmasına öz müsbət töhfəsini verəcək:

“Milli Qəhrəmanlar, şəhidlər və qazilər bizim fəxrimiz və qürur mənbəyimizdir. Azərbaycan xalqını yaşadan, Azərbaycan dövlətini güclü edən onların qanıdır. Heç nəyi düşünmədən vətən uğrunda öz canından keçən, bayrağımızın daim dalğalanması üçün canından və qanından keçən oğlanlarımız daim yaşayacaq. Biz bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların övladları, valideynləri bizim üçün əzizdirlər ”.

Daha sonra turnirə start verilib. Turnirin qalibi 47 saylı tam orta məktəbin komandası olub. İkinci yeri 258 saylı tam orta məktəbin komandası, üçüncü yeri isə 200 nömrəli məktəbin komandası tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı