Modern.az

Biləsuvarda minik maşını yük avtomobili ilə toqquşdu

Biləsuvarda minik maşını yük avtomobili ilə toqquşdu

Aktual

3 Sentyabr 2018, 21:03

Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 89-cu kilometrliyində - Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Maqsud Namiq oğlu Hacızadə xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...