Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb. Onlardan iki ov tüfəngi və 15 güllə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı qanun pozucularının Qəbələ rayonunun Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyənləşib.