Modern.az

Məşhur “Hababam sinfi” yenidən çəkilir

Məşhur “Hababam sinfi” yenidən çəkilir

Aktual

5 Sentyabr 2018, 00:11

Məşhur “Hababam sinfi” kinolar silsiləsinə daha biri əlavə ediləcək. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni çəkiləcək filmin 2019-cu ildə kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.

 

Məlumata görə, yeni ekran işi Doğa Can Anafartanın rejisorluğu ilə çəkilir. Ssenarini isə Evren Ərdoğan və Ayşe Balıbey yazıb.

 

Çəkilişləri 6 həftə davam edəcək filmin aktyor heyəti internetdən verilən elan yolu ilə müəyyənləşəcək.

 

Qeyd edək ki, ilk dəfə 1975-ci ildə ekranlaşdırılan “Hababam sinfi” əfsanəvi rejissor Ertem Eğilmez tərəfindən yazıcı Rıfat İlqazın romanı əsasında çəkilib. Bundan sonra 1981-ci ilə qədər eyni başlıqda 5 film lentə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı