Modern.az

Sumqayıtda kütləvi dava zamanı iki gənc bıçaqlandı

Sumqayıtda kütləvi dava zamanı iki gənc bıçaqlandı

Aktual

5 Sentyabr 2018, 01:52

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, şəhərin 21-ci məhəlləsi ərazisində bir qrup gənc arasında kütləvi dava olub.

 

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.

 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...