İsveç Krallığının Riksdagına (parlament) keçiriləcək növbəti çağırış seçkilərdə ilk dəfə olaraq 4 azərbaycanlının namizədliyi də qeydə alınıb.
Modern.az-ın məlumatına görə, İsveçdəki “Azərbaycan naminə” təşkilatından bildirilib ki, onlar İsveç Mərkəz partiyasından Turan Əliyev, İsveç Sosial-Demokrat Partiyasından Ayla Fəzilən, Xalidə Mərifət və Fərəc Quliyevdir.
Azərbaycanlı namizədlərin seçkiqabağı təbliğat- təşviqat dövrü ekspertlər tərəfindən müsbət dəyərləndirilir.
Qeyd edək ki, krallıqda parlament seçkiləri sentyabrın 9-da baş tutacaq.
Elnur Eltürk