Modern.az

İsveç parlament seçkilərinə 4 azərbaycanlının namizədliyi qeydə alınıb - İLK DƏFƏ  

İsveç parlament seçkilərinə 4 azərbaycanlının namizədliyi qeydə alınıb - İLK DƏFƏ   

Aktual

5 Sentyabr 2018, 12:22

İsveç Krallığının Riksdagına (parlament) keçiriləcək növbəti çağırış seçkilərdə ilk dəfə olaraq 4 azərbaycanlının namizədliyi də qeydə alınıb.

Modern.az-ın məlumatına görə, İsveçdəki “Azərbaycan naminə” təşkilatından bildirilib ki, onlar İsveç Mərkəz partiyasından Turan Əliyev, İsveç Sosial-Demokrat Partiyasından Ayla Fəzilən, Xalidə Mərifət və Fərəc Quliyevdir.

Azərbaycanlı namizədlərin seçkiqabağı təbliğat- təşviqat dövrü ekspertlər tərəfindən müsbət dəyərləndirilir.

Qeyd edək ki, krallıqda parlament seçkiləri sentyabrın 9-da baş tutacaq.


Elnur Eltürk

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...