Modern.az

İlham Əliyev Esvatini Kralını təbrik edib

İlham Əliyev Esvatini Kralını təbrik edib

Aktual

5 Sentyabr 2018, 18:09

Prezident İlham Əliyev Esvatininin Kralı III Msvatiyə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir: "Əlahəzrət, Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza sülh və tərəqqi arzulayıram".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!