Azərbaycanlı jurnalist Səbuhi Məmmədli Ukraynada xəstəxanaya yerləşdirilib. Modern.az xəbər verir ki, bu haqda jurnalistin yaxın dostlarə sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, hazırda jurnalist Səbuhi Məmmədli Ukraynada Poltova şəhər xəstəxanasına yerləşdirilib. Onun müalicə aldığı sanatoriyada infarkt keçirdiyini bildirilib. Bundan əvvəl Səbuhinin qaraciyərində şiş aşkarlandığı qeyd olunmuşdu.