Modern.az

“Qarabağ”ın bu mövsümdəki gəlirləri açıqlandı

“Qarabağ”ın bu mövsümdəki gəlirləri açıqlandı

Aktual

5 Sentyabr 2018, 23:19

Avropa Liqasının qrup mərhələsində “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə birgə E qrupunda çıxış edəcək “Qarabağ” qrup mərhələsinə keçirdiyi oyunlardan isə 3,76 milyon avro qazanc götürüb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).

 

Avropa Liqasının pley-off mərhələsində “Şerif” səddini aşdığı üçün isə əlavə 2,62 milyon avro əldə edilib.

 

Qrupda qələbə üçün - 570 min avro

 

Heç-heçə üçün - 190 min avro

 

Qrupun qalibi üçün - 1 milyon avro

 

Qrup ikincisi üçün - 500 min avro

 

1/16 finalda iştirak üçün - 500 min avro

 

1/8 finalda iştirak üçün - 1,1 milyon avro

 

1/4 finalda iştirak üçün - 1,5 milyon avro

 

1/2 finalda iştirak üçün - 2,4 milyon avro

 

Finalda iştirak üçün - 4,5 milyon avro

 

Finalın qalib əlavə 4 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı