Modern.az

Gürcüstanda 47 min 822 nəfər bu xəstəlikdən öldü

Gürcüstanda 47 min 822 nəfər bu xəstəlikdən öldü

Aktual

6 Sentyabr 2018, 00:32

Ötən il Gürcüstanda 47 min 822 nəfər müxtəlif xəstəliklər səbəbindən həyatını itirib. Modern.az Azərtac-a istinadən xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, onların 24 min 423-ü kişilər, 23 min 399-u qadınlardır.

 

Xidmətin məlumatına görə, ölüm hallarına ən çox ürək-damar xəstəlikləri səbəb olub. Keçən il bu xəstəlikdən 19 min 857 nəfər ölüb. Ölüm hallarının çoxluğuna görə ikinci xəstəlik müxtəlif xassəli şişlərdir.

 

2017-ci ildə tənəffüs yolları xəstəliklərindən 2355, müxtəlif xəsarətlər və zəhərlənmələrdən 1702 ölüm halı qeydə alınıb.

 

Ötən il doğulan körpələrin sayı ölənlərdən 5471 nəfər çox olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı