Modern.az

Yaponiyadakı zəlzələdə 125 nəfər yaralanıb, 39 nəfər itkin düşüb  

Yaponiyadakı zəlzələdə 125 nəfər yaralanıb, 39 nəfər itkin düşüb   

Aktual

6 Sentyabr 2018, 08:57

Yaponiya Hokkaydo adasında baş verən zəlzələ zamanı 125 nəfər xəsarət alıb.

Modern.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində 39 nəfər itkin düşüb.

Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb, 3 milyondan çox insan işıqsız qalıb.

Qeyd edək ki, çərşənbə günü Hokkaydo adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İbura rayonunda yerləşib. Zəlzələ ocağı 37 kilometr dərinlikdə yerləşib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır