Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində sentyabr ayının 7-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısamüddətlik qismən məhdudlaşdırılacaq. Küçə boyu hərəkət tam məhdudlaşdırılmır.
Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.