“Azərpoçt” MMC-nin Risklərin idarə edilməsi şöbə rəisi Rauf Dünyamalıyev işdən çıxıb.
Bu haqda Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Məlumata görə, bundan əlavə, əməliyyatlar şöbə rəisi Fərid Hüseynov da istefa verib.
Eyni zamanda qurumun əməkdaşları Aytən Osmanzadə və İlkin Ramazanlı da öz ərizələri ilə MMC-dən ayrılıblar.
Qeyd edək ki, hər üç şəxs öz ərizəsi ilə, yeni iş yeri seçdiklərini əsas gətirərək tutduğu vəzifələrdən azad olunmalarını rəhbərlikdən xahiş ediblər.
Azərpoçt”MMC-nin keçmiş əməkdaşları Aytən Osmanzadə 18.05.2018-ci il, İlkin Ramazanlı 06.07.2018-ci il, Rauf Dünyamalıyev 03.09.2018-ci il tarixlərində öz ərizələri ilə işdən azad olunublar.
Xatırladaq ki, şöbə rəisi R. Dünyamalıyev sözügedən qurumda 2008- ci ildən fəaliyyət göstərib.